Rəhman Çaçanın emalatxanasındakı kriket çubuqlarından biri yoxa çıxıb və o düşünür ki, çubuğu balaca Əhməd oğurlayıb. Bu gülməli hekayə ilə söyüd ağaclarının vətəni Kəşmirə səyahət edəcəyik.
Hələ qədim zamanlarda, insanların mağaralarda yaşadığı vaxtda, Hindistanın indi Arunaçal-Pradeş adlanan şimal-şərq hissəsində yaşayan iki qardaş öz evlərini tikməyə qərar verdilər. Gəlin birlikdə bu ərazinin zəngin heyvanlar aləmindən bəhs edən xalq nağılında ilk evin necə tikildiyini öyrənək.
Pişi iri balıq növü olan Manta skatı idi. Bir dəfə o, Hind okeanında qorxulu bir fırtınaya düşdü. Səncə onu kim xilas etdi? Bu maraqlı hekayəni oxumaq üçün kitabı birlikdə vərəqləyək!
Sesinin altı yaşı var və o, valideynləri ilə birlikdə Turianidə yaşayır. Məktəbdəki ilk günündən sonra Sesi evə gəlir və valideynlərinə məktəbdə baş verən məzəli bir hadisəni danışır. Sizcə, nə baş verib?
Qarğa qəşəng deyil. O, nə ququ quşu kimi gözəl mahnı oxuya bilmir, nə də tovuz quşu kimi nazla rəqs etmir. Amma o, başqalarında olmayan xüsusi bir bacarığa sahibdir. Kitabı oxu və bunun nə olduğunu öyrən!
Ağıllı Dovşan bir damın içində yaşayır, lakin çöldəki dünyanı da görmək istəyir. O, özünü təhlükəyə atmadan damın içindən necə çıxa bilər?
By navigating this website, you agree to the storing of cookies on your device to enhance site navigation and analyze site usage.